İnsanlara hürriyət, millətlərə istiqlal!

ÇALXALANAN Venesuela ilə bağlı SON DƏQİQƏ AÇIQLAMALARI - TƏLƏB EDİRİK!

Venesuelada siyasi və hərbi gərginlik pik həddə çatdığı bir vaxtda rəsmi Karakasdan son dərəcə sensasional açıqlama gəlib.

Musavat.com xəbər verir ki, ölkənin icraçı vitse-prezidenti Delsi Rodrigez ABŞ-ı birbaşa hədəfə alaraq Nikolas Maduronun harada olduğu barədə rəsmi məlumatın olmadığını bildirib və Vaşinqtondan onun sağ olduğuna dair konkret sübutlar təqdim etməyi tələb edib.

Açıqlamada vurğulanır ki, Venesuela rəhbərliyi prezidentin təhlükəsizliyi və fiziki durumu ilə bağlı xaricdən yayılan ziddiyyətli informasiyaları ciddi təhdid kimi qiymətləndirir. Rəsmi şəxslərin sözlərinə görə, Maduro ilə əlaqənin itməsi ehtimalı ölkədə fövqəladə ssenarilərin işə düşməsinə səbəb ola bilər.

İcraçı vitse-prezident açıq şəkildə bəyan edib:

“Əgər ABŞ Venesuela prezidenti ilə bağlı hər hansı məlumata malikdirsə, bunu gizlətmək yox, sübutlarla ortaya qoymaq məcburiyyətindədir”.

Eyni zamanda Delsi Rodrigez ABŞ-ın Venesuela ərazisinə endirdiyi zərbələrlə bağlı daha bir ağır iddia səsləndirib. Onun sözlərinə görə, hücumlar nəticəsində hərbçilərlə yanaşı mülki şəxslər də həlak olub. Rəsmi Karakas bu hadisələri ölkənin suverenliyinə qarşı açıq hərbi təcavüz kimi qiymətləndirir və beynəlxalq ictimaiyyəti baş verənlərə səssiz qalmamağa çağırır.

Bu bəyanatlar fonunda Karakasda təhlükəsizlik tədbirləri gücləndirilib, prezident sarayı ətrafına ordu və Milli Qvardiyanın əlavə qüvvələri cəlb olunub. Yerli mənbələr ölkə daxilində hakimiyyət böhranı ehtimalının, eləcə də mümkün kənar müdaxilə ssenarilərinin artıq ciddi şəkildə müzakirə edildiyini yazır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR