İnsanlara hürriyət, millətlərə istiqlal!

Cabir İmanovun şəhərin mərkəzində mağazası varmış - VİDEO

Mərhum Əməkdar artist Cabir İmanovun şəhərin mərkəzində mağazası var imiş.

Musavat.com xəbər verir ki, bu haqda Əməkdar artist Bəhram Bağırzadə paylaşım edib.

O bildirib ki, Cabir İmanov mağazasında öz əl işlərini satırmış. 

“Bu məkan dostumuz Cabir İmanovun ruhunun bir parçasını qoruyub saxlayır, bizi çox erkən tərk edən Cabirim. Buradakı hər bir şey - “Qarabağ”, “Şirvan”, “Naxçıvan” saatları, zərif kəlağayılar və şərflər, qalstuklar və kəpənəklər, eksklüziv çilçıraqlar onun dizaynıdır. Burada Cabirin böyük və mərhəmətli qəlbindən doğulan ideyaları və istedadının zərrələri yaşayır”, - deyə Bəhram Bağırzadə əlavə edib. 

Qeyd edək ki, C.İmanov bir ay əvvəl idman zalında infarkt keçirib və dünyasını dəyişib.

Könül
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR