İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu yol 8 Noyabr prospekti ilə birləşdiriləcək

Mehdiabad-Baksol-Ziya Bünyadov prospekti avtomobil yolu gələcəkdə 8 Noyabr prospekti ilə birləşəcək.

Bu barədə Musavat.com-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata əsasən, Abşeronun şimal-qərb hissəsini Bakının şərq və cənub-qərb istiqamətləri ilə birbaşa birləşdirəcək yeni Mehdiabad-Baksol-Ziya Bünyadov prospekti avtomobil yolunun inşası və Heydər Əliyev prospektinə qədər əlaqələndirilməsi nəzərdə tutulur. Bu yol gələcəkdə 8 Noyabr prospekti ilə birləşəcək.

"İnşa ediləcək irimiqyaslı yol Mehdiabad və Binəqədi ərazisindən başlayaraq Binəqədi şosesi ilə əlaqələndiriləcək. Bu addım nəticəsində nəqliyyat axını daha balansı paylanılacaq. Xüsusilə Binəqədi, 20 yanvar, Ziya Bünyadov xətti üzrə müşahidə olunan gündəlik sıxlıqlar azalacaq. Bir çox nəqliyyat vasitəsi alternativ yollarla hərəkət edəcək. Ümumilikdə həyata keçirilən bu infrastruktur layihələri dairəvi yollarla birlikdə şəbəkə formalaşdıracaq və daha rahat alternativ marşrutlar yaranacaq", - AYNA-dan bildirilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2026

18 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR