Onlayn ictimai-siyasi qəzet
Model Günay Musayevanın keçmiş həyat yoldaşı, türkiyəli aktyor Tolqa Karel sosial media hesabında paylaşım edib.
Musavat.com xəbər verir ki, o, həyat yoldaşı Sara Skotla şəklini yayımlayaraq bunları yazıb:
"Bu gün 47 yaşım oldu. Ad günüm mübarək. 11 ildir bu günü birlikdə qeyd edirik. 12 oktyabr 2015-2025. İllər çox tez keçdi. Bu səyahətə 2 nəfər başladıq, indi biz 6 nəfərik. Arzu edirik ki, daha çox illəri birlikdə qeyd edək".
Qeyd edək ki, aktyorun ilk evliliyi Günay Musayeva ilə olub. Onların Cahangir adlı oğulları var. Günay və Tolqa 2015-ci ildə ayrılıb. Aktyor ikinci dəfə ailə qurandan sonra Amerikaya köçüb. Tolqanın bu evliliyindən daha 5 övladı var.
Könül
Musavat.com
30 Avqust 2026
01:12 Türkiyədən Yunanıstana “hərbi xəritə” şoku – Afinanın gizli bazaları bir-bir üzə çıxdı - VİDEO
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ