İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu şəxslərin maaşlarına müddətli əlavənin vaxtı uzadıldı

Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb.

Musavat.com xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti 2026-cı il aprelin 1-dək uzadılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR