İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu nazirlikdə işə qəbulla bağlı YENİLİK

Kənd Təsərrüfatı Nazirliyi kadr seçimində tam rəqəmsal modelə keçid edərək Mərkəzləşdirilmiş İşə Qəbul Portalını istifadəyə verib.

Musavat.com xəbər verir ki, dövlət qulluğu xaricindəki bütün vakansiyalar üzrə müraciətlərin vahid platformadan qəbulunu nəzərdə tutan layihə prosesin şəffaflığını artırmaq, prosedurları sürətləndirmək və namizədlər üçün imkanları genişləndirmək məqsədi daşıyır. Artıq ilk mərhələdə vətəndaşlar portalda şəxsi kabinet açaraq sənədlərini onlayn idarə etmək hüququ qazanıblar.

Gələcəkdə isə sistemə süni intellekt texnologiyaları, avtomatlaşdırılmış qiymətləndirmə mexanizmləri və mərkəzləşdirilmiş imtahan modulları əlavə olunacaq ki, bu da kadr seçimində bərabərliyi təmin etməklə yanaşı, bürokratik maneələri minimuma endirəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR