Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyanın baş naziri Kir Starmer Rusiya prezidenti Vladimir Putinin “Sülh Şurası”nda təmsil olunmasına sərt münasibət bildirib.
Musavat.com xəbər verir ki, Starmer Putinin Avropa ölkəsinə qarşı açıq müharibə apardığını vurğulayaraq, belə bir şəxsin “sülh” anlayışı ilə əlaqələndirilməsinin yolverilməz olduğunu deyib. Britaniya hökumət başçısının sözlərinə görə, Rusiya Ukraynaya bombalar yağdırmaqda davam edir və bu müharibənin ağır nəticələri artıq bütün Avropada hiss olunur.
“O, Avropa ölkəsinə qarşı müharibə aparır. Ukraynaya bombalar atılır. İnsanlar isə Avropada evlərində isinmək üçün qonaq otaqlarında çadır qurmağa məcbur qalırlar”, — deyə Starmer bildirib.
Baş nazirin bu açıqlaması Rusiyanın Ukraynaya qarşı davam edən hərbi əməliyyatları fonunda Qərbdə Putinin beynəlxalq platformalarda iştirakı ilə bağlı artan narazılıqları bir daha gündəmə gətirib.
Musavat.com
19 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ