Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın kifayət qədər neft və qaz ehtiyatları olduğu üçün Vaşinqtonun Hörmüz boğazında gəmiçiliyin təmin edilməsi məsələsini ümumiyyətlə həll etməsinə ehtiyac olmaya bilər.
Musavat.com xəbər verir ki, bu açıqlama ilə ABŞ Prezidenti Donald Tramp çıxış edib.
O, sadəcə Hörmüz boğazından yanacaq tədarükündən asılı olan ölkələrin ABŞ-ın həmin su yolunu patrul etmək üçün yaratmağa çalışdığı koalisiyaya qoşulmasını tələb etdiyini bildirib: "Mən həqiqətən də bu ölkələrin gəlib öz ərazilərini müdafiə etməyə başlamalarını tələb edirəm. Çünki bu, həqiqətən də onların öz əraziləridir. Bu, onların enerjisini aldığı ərazidir. Onlar gəlib bizə onu müdafiə etməyə kömək etməlidirlər. Hətta deyə bilərsiniz ki, biz (ABŞ - red.) orada olmamalıyıq, çünki bizə ehtiyac yoxdur; özümüzdə çoxlu neft var. Biz dünyanın ən böyük neft istehsalçısıyıq".
O, Hörmüzdə gəmiçiliyi qorumaq üçün koalisiya formalaşdırmağın vaxt aparacağını etiraf edib. Prezident tankerlərin Hörmüz boğazından keçməsinin nə vaxt başlaya biləcəyini dəqiqləşdirməyib: "Koalisiya qurulduqdan sonra dərhal başlayacağıq. Lakin bu nöqtəyə çatmaq üçün bir az vaxt lazım olacaq. O, izah edib ki, ABŞ Hörmüz boğazının birgə patrul xidməti məsələsi ilə bağlı təxminən yeddi ölkə ilə danışıqlar aparır. O, Vaşinqtonun çağırışına müsbət cavab verən ölkələrin adını çəkməkdən imtina edib: "Deyə bilmərəm, bunun üçün hələ tezdir. Bu gün (15 mart - red.) və dünən axşam (14 mart - red.) onlarla əlaqə saxladıq. Müəyyən müsbət cavablar aldıq. Baxmayaraq ki, iştirak etmək istəməyənlər də var”.
Tramp həmçinin bildirib ki, Hörmüzdən keçən neftin əsas alıcısı olan Çin də boğazdan gəmilərin sərbəst keçidi üçün koalisiyaya qoşulmalıdır.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ