İnsanlara hürriyət, millətlərə istiqlal!

Baydenin İsraili dəstəkləməsi başına bəla oldu 

ABŞ prezidenti Co Baydenin seçki qərargahı siyasi sahədə iş axtarışı xidmətini həyata keçirən “Daybook”da yeni bir iş elanı yerləşdirib.

Musavat.com xəbər verir ki, bu barədə “The Washington Times” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, ABŞ lideri gənc seçicilər üçün mübarizə aparmaq qərarına gəlib və onun seçki kampaniyası “gənclərin dilində danışan” söyləmlərə ehtiyac duyub. Prezidentin “X”dəki səhifəsində (keçmiş Tvitter) bu yaxınlarda sələfi Donald Trampın 2020-ci il debatları zamanı Baydenin seçkidə qalib gələcəyi təqdirdə birjanın çökəcəyini iddia etdiyi bir video mem yayımlayıb. Halbuki ötən həftə “Dow Jones” sənaye indeksi tarixdə ilk dəfə 40 minlik həddi keçib. Bundan başqa, Trampın digər proqnozlarında yanıldığı digər kiçik çarxlar da internetdə yayılıb.

CNN-in aprel ayının sonlarında keçirdiyi sorğuya əsasən, gənc seçicilər Demokratlar Partiyasını dəstəkləməyə meylli olsalar da, Tramp 18-34 yaşlı amerikalılar arasında Baydeni 11 faiz qabaqlayır. Bir çox ekspertlər bunu Co Baydenin Qəzza zolağında hərbi əməliyyatlar zamanı İsraili dəstəkləməsi ilə əlaqələndirir. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR