İnsanlara hürriyət, millətlərə istiqlal!

Balakəndə küçə itlərini zəhərləyirlər? - VİDEO

Balakəndə küçə itlərinin zəhərlənərək öldürüldüyü iddia edilir.

Musavat.com xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Kadrlarda bir neçə itin cansız bədəninin Balakən şəhərində yerləşən “Qubek” otelinin ətrafındakı park ərazisində aşkarlandığı görünür.

İddialara görə, hadisə son iki gündür müşahidə olunur. Yerli sakinlər küçə itlərinin zəhərlənərək öldürüldüyünü ehtimal edirlər.

Hazırda itlərin kim və ya kimlər tərəfindən, hansı şəraitdə öldürüldüyü məlum deyil.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR