Onlayn ictimai-siyasi qəzet
Paytaxtın bir sıra ərazilərində təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Musavat.com xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 22-də Yasamal, Sabunçu və Xəzər rayonlarının elektrik şəbəkələrində təmir və yenidənqurma işləri aparılacaq.
Sabunçu RETSİ-nin xidmət ərazisində yerləşən Bakıxanov qəsəbəsinin Şərq və Ramiz Qəmbərov küçələrində yeni özünüdaşıyan izolyasiyalı naqillərin (ÖİN) çəkilməsi ilə əlaqədar saat 09:00-dan 13:00-dək elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
Xəzər RETSİ ərazisində isə 6 kV-luq elektrik naqilləri yeniləri ilə əvəz olunacaq. Yenidənqurma işləri ilə əlaqədar saat 10:00-dan 15:00-dək Buzovna qəsəbəsinin Albalılıq yaşayış massivində, Abşeron və İzmir küçələrinin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
22 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ