Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Fransa prezidenti Emmanuel Makron enerji bazarında gərginliyi azaltmaq və Hörmüz boğazında naviqasiya azadlığını təmin etmək üçün səyləri əlaqələndirmək barədə razılığa gəliblər.
Musavat.com xəbər verir ki, bununla bağlı məlumatı Makron X hesabında paylaşıb:
"Enerji bazarlarında gərginliyi azaltmaq, Yaxın Şərqdə vacib infrastrukturu qorumaq və Hörmüz boğazında naviqasiya azadlığını təmin etmək üçün birlikdə hərəkət etmək qərarına gəldik".
Prezidentin sözlərinə görə, iki tərəf Ukraynanın enerji infrastrukturuna hücumlara moratorium qoymaq niyyətindədir.
Musavat.com
09 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ