İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur konsulun DƏHŞƏTLİ ƏMƏLLƏRİ ifşa olundu, məhkəmədə ORTALIQ QARIŞDI!

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə Azərbaycanın Sankt-Peterburuqdakı sabiq baş konsulu Sultan Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Keçmiş diplomat külli miqdarda dələduzluqda ittiham olunur.

Musavat.com bildirir ki, prosesdə təqsirləndirilən şəxsin vəkili Sevil Məmmədovanın iştirak etmədiyi məlum olub.

Vəkil iştirak etməməsi ilə bağlı məhkəməyə ərizə göndərib.

Müttəhim Sultan Qasımov deyib ki, sentyabrın 21-də vəkil ilə müqavilə bağlayıb, buna görə də yeni vəkil iclasda iştirak edə bilməyib. Hakim isə təqsirləndirilən şəxsin bundan əvvəlki iclasda yeni vəkil ilə müqavilə bağlayacağını desə də, gec müqavilə bağladığını deyib. Hakim bu halı məhkəmə işinin süründürməçiliyi kimi qiymətləndirdiyini açıqlayıb. Dövlət ittihamçısı isə vəkilin olmadığı üçün prosesin təxirə salınmasını təklif edib.

Qeyd edək ki, bundan əvvəlki iclasda Sultan Qasımov ittiham aktını almadığını demişdi. Hakimlər Qasımova ittiham aktının verilməsi ilə bağlı iclası bu günə təxirə salmışdı. Bundan əlavə, əvvəlki iclasda dövlət hesabına təyin olunan vəkildən imtina edən Qasımov yeni vəkil ilə müqavilə bağlayacağını deyib.

İttihama görə, sabiq baş konsul Sultan Qasımovun barəsində cinayət işi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsində araşdırılıb. Məlum olub ki, zərərçəkənlərə 200 min manatdan çox məbləğdə ziyan dəyib. Zərərçəkən qismində Anton Zayats və Faiq Mikayılov tanınıb. Ümumi ziyanın bir qismi istintaq dövrü ərzində ödənilib.

Sultan Qasımov Rusiyada yaşayan vətəndaşa torpağı hərrac yolu ilə alacağı barədə vəd verib. Bundan əlavə, digər zərərçəkənə isə qızılı hava yolu ilə başqa ölkəyə keçirəcəyilə bağlı söz verib.

Ona Cinayət Məcəlləsinin 12.1. 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla xarici ölkə ərazisində törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Sultan Qasımov 2009-cu ildə Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının ilk baş konsulu təyin olunub, 2016-cı ildə isə baş konsul vəzifəsindən geri çağırılıb. O, 3 may 2016-cı ildə Azərbaycanın Sankt-Peterburq şəhərində baş konsul vəzifəsinə təyin edilib. O, 2024-cü il oktyabrın 21-də isə bu vəzifədən geri çağırılıb.

Sultan Qasımov Azərbaycan Prezidentinin keçmiş mətbuat katibi Azər Qasımovun qardaşıdır. Azər Qasımov 2025-ci ildə vəzifəsindən azad edilib.

Növbəti proses sentyabrın 30-da davam edəcək.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR