İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron da Trampdan Ukrayna üçün Patriot raketləri istəyib

Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampla Nyu-Yorkda görüşündə Ukiraynaya tutucu raketlərin çatdırılmasının sürətləndirilməsi imkanlarını müzakirə edib.

Musavat.com Reuters-ə istinadən xəbər verir ki, məlumatı Makron görüşdən sonra jurnalistlərə açıqlayıb:

"Ukrayna və Rusiya, tutucu raketlər məsələsində ukraynalı dostlarımıza daha təcili və effektiv yardım göstərməyin vacibliyi barədə uzun müzakirələr apardıq, çünki bu, müdafiə baxımından əsas məsələdir".

Makronun sözlərinə görə, danışıqlar "çox yaxşı" və "çox konstruktiv" keçib.

Qeyd edək ki, Britaniya Baş naziri Endi Börnhemin də Trampdan Ukrayna üçün tutucu raket istəyəcəyi gözlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR