İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdakı İrana aid “ocaq”lar söndürülsün! – Tibb ocaqları da həmçinin

İranla dövlətimizin münasibətləri o həddə çatıb ki, artıq dostluqdan, mehriban qonşuluqdan əsər-əlamət qalmayıb.

Bu gün İranla bu və ya digər şəkildə bağlı olanlar, bu dövlətə rəğbət bəsləyənlər istər-istəməz hər kəsdə şübhə doğurur.

Bu, heç də hər iki ölkənin mediasında aparılan qarşılıqlı tənqidi yazıların artmasından irəli gəlmir. Ortada xoşagəlməz təhriklər, düşmənçilik aktları, qeyri-dost açıqlamalar, hərəkətlər var.

3 il öncəyə qədər İranla aramızda intensiv gediş-gəliş vardı, az qala hər gün yüzlərlə həmvətənimiz müayinə və müalicə üçün İrana gedirdi, hər gün yüzlərlə iranlı əyləncə və istirahət üçün Azərbaycana gəlirdi.

Yalnız son illərdə aydın oldu ki, İrana gedib-gələnlərimizin bir xeyli hissəsi bu ölkəyə heç də yalnız müayinə və müalicə üçün gedib-gəlmirmiş, ortada daha ciddi əməkdaşlıq sahələri varmış - açıq casusluqdan təxribatçı şantajlara dəstək verməyə qədər.

Eləcə də İrandan ölkəmizə gələnlərin heç də hamısı Tehranla müqayisədə daha asudə və rəngarəng şəkildə əylənmək imkanı olan paytaxtımıza yalnız kef etməyə gəlmirmişlər, yenə əsl məqsəd burada ocaqlar yaratmaq, tərəfdarlar toplamaq, əməkdaşlığa təəssübkeşlər cəlb etmək, onlarla intenisv əlaqələr saxlamaq, vaxtaşırı təlimat və maliyyə vəsaiti ilə təmin etmək olub.

Bunlardan başqa, Bakıda İrana aid mərkəzləri, klinikalar, xüsusi mağazalar leqal şəkildə fəaliyyət göstərirdilər və əslində çox adam bilirdi ki, leqal fəaliyyətin qeyri-leqal tərəfləri də var.

irannemet.jpg (53 KB)

Son aylarda İranla münasibətlərimizin gərginləşməsi fonunda həmin “ocaq”lar çox gözə görünməsələr də, fəaliyyətlərini dayandırmayıblar, sadəcə, kölgəyə, su dibinə çəkiliblər və suların durulmasını, iki dövlət arasında qopan tozanağın yatmasını gözləyirlər ki, qaldıqları yerdən işlərinə davam etsinlər.

Ancaq belə görünür ki, Azərbaycan dövləti uzun illərin təmkinli davranışından sonra artıq səbr kasası daşmış halda qəti tədbirlər görməkdə, həmin “ocaq”ları söndürməkdə qərarlıdır.

Belə “ocaq”lardan biri də İrana aid tibb ocaqlarıdır.

Çox adam bilmir, amma Bakıda İran İslam Respublikasının Qızıl Aypara Cəmiyyətinə məxsus klinika da fəaliyyət göstərir.

Söz yox, Bakı özəl tibb müəssiəsi təsis etmək, uğurlu fəaliyyət göstərmək üçün əlverişli mühitə malikdir və bir çox xarici ölkələrə aid olan klinikalar paytaxtımızda öz filiallarını açıblar. Onsuz da pandemiyaya qədər Azərbaycan sakinləri kütləvi şəkildə Tehran və Təbriz klinikalarına üz tuturdular, amma, görünür, iranlı həkimlər öz xəstələrini elə yerindəcə müayinə və müalicə etməyin sərfəli olacağını düşünərək, özləri Bakıya gəliblər – həm də xüsusi missiya ilə.

İran elə bir ölkədir ki, o, hətta xaricə gedən iki vətəndaşının ikisini də bir-birinə nəzarətçi təyin edir və səyahətə gedən hər bir vətəndaşından kəşfiyyat məlumatları istəyir. Bu baxımdan Bakıdakı İran klinikasının təkcə “tibb ocağı” kimi fəaliyyət göstərməsi inandırıcı deyil.

Üstəlik, belə informasiyalar var ki, bu klinikalarda əhalinin sağlamlığının qorunması üzrə qanunvericiliyin pozulması, vətəndaşlara lazımi səviyyədə tibbi xidmət göstərilməməsi faktları var. Ayrı-ayrı vətəndaşların bildirdiyinə görə, sözügedən tibb müəssisəsində sanitariya-epidemioloji tələblərə riayət olunmur, həkimlər tərəfindən tibbi-etik qaydalar pozulur, rüşvət hallarına yol verilir, xəstələrin müayinə və müalicəsi üçün tibb vasitələrindən istifadə zamanı gigiyenik qaydalara riayət edilmir və s.

klinik.JPG (41 KB)

Qeyd edək ki, İrana aid klinikaya dair mənfi səciyyəli siqnallar hələ iki dövlət arasındakı münasibətlərin normal olduğu vaxtlarda da lazımi orqanlara verilib və müəyyən, lakin zəif tədbirlər görülüb.

Daha sonra Qızıl Aypara Cəmiyyətinin Bakıdakı klinikasının fəaliyyətinə verilən lisenziyanın müddəti Azərbaycanın Səhiyyə Nazirliyi tərəfindən uzadıılb. Ancaq bir müddət öncə sözügedən klinikanın fəaliyyəti lisenziya müddətinin uzadılmaması səbəbilə bəzi standartlardan aşağı elan olunub və dayandırılıb.

Belə anlaşılır ki, bir müddətdən sonra həmin klinikanın lisenziyası yenidən uzadıla bilər.

Hazırda iki dövlət arasında yaranmış durum elədir ki, ölkəmizdən İrana və İrandan ölkəmizə gediş-gəliş nə qədər az olsa, təhlükəsizlik baxımından bir o qədər yaxşı olar. Ən yaxşısı o olar ki, İrana məxsus olan bütün ticarət, xidmət, iaşə müəssisələrində, humanitar təşkilatlarda ciddi yoxlamalar aparılsın və onların çoxunun fəaliyyətinə son qoyulsun.

Bu, ilk növbədə ona görə vacibdir ki, həmin “ocaq”lar uzun illər ölkəmizdə casus şəbəkəsi, rəğbət qrupları yaradıb, süni şəkildə, şirnikləndirməklə, beyin yumaqla xeyli tərəfdarlar, təəssübkeşlər qrupları formalaşdırıblar.

İran Azərbaycanda heç bir ölkədə olmadığı qədər geniş casus şəbəkəsinə, tərəfdarlar korpusuna malik olub. Əlbəttə, bütün bunların İranın bizi istədiyi üçün deyildi, istəmədiyi üçün idi.

serif.JPG (48 KB)

İndi ara açılıb, sirlər faş olub, məkrli planlar üzə çıxıb. Artıq Azərbaycan heç nəyi görməzliyə vura bilməz. Əgər İranda artıq səfirliyimiz fəaliyyət göstərmirsə və baş konsulluğuma qarşı təxribatçı addımlar atılırsa, buna simmetrik cavablar verilmədlidir və İranla diplomatik münasibətlər konsulluq səviyyəsinə endirilməlidir. Nə vaxt cənub qonşumuz Azərbaycana qarşı öz əski siyasətindən vaz keçərsə, sağlam müstəvidə dinc, yanaşı qonşuluq münasibəti qurmaq istəyərsə, o zaman diplomatik münasibətləri bərpa etmək, gəliş-gedişi intensivləşdirmək olar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR