İnsanlara hürriyət, millətlərə istiqlal!

Dağıstanda niqab qadağası – ruhanilər deyir ki, yasaq müvəqqətidir

Dağıstan Müsəlmanları Ruhani İdarəsinin (Müftiliyin) niqab qadağası ilə bağlı elan etdiyi fətvaya görə anlaşılmaz durum yaranıb.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, iyulun 3-də respublikanın müftisinin müavini Abdulla Səlimov bildirib ki, bölgədə müsəlman qadınların üzünü örtən bu üslubda geyimi müvəqqəti olaraq qadağan olunacaq.

O, müsəlman ekspertlər şurasının əvvəlki gün verdiyi bəyanatın yanlış anlaşıldığını iddia edib.

İyulun 1-də isə müfti Əhməd Abdulayev birmənalı olaraq bildirib ki, fitva hazırlanır.

Çərşənbə günü Dağıstan Müftiliyinin hesablarında müftinin müavini Abdulla Səlimovun niqab qadağası ilə bağlı üləma ilahiyyatçıların qərarı ilə bağlı əvvəllər yayılan xəbərlərin media tərəfindən yanlış anlaşıldığına dair videoçıxışı yayılıb.

“Bununla bağlı Dağıstan Respublikasının Müftiliyi mənə açıqlama vermək səlahiyyəti verib. Milli Siyasət və Dini İşlər Nazirliyinin respublika əhalisi üçün mövcud təhlükəsizlik təhdidini bildirən müraciətinə istinadən və fətva şöbəsinin səlahiyyətli rəyi əsasında dünən verilən qərarda müəyyən edilmiş təhdidlər aradan qaldırılana və yeni teoloji nəticəyə qədər niqab taxmağa müvəqqəti qadağa qoyulduğunu elan edir”, - deyə Səlimov bildirib.

Qeyd edək ki sözügedən yasaq ötən həftə Mahaçqala və Dərbənd şəhərlərində dini fanatiklər tərəfindən törədilən terror aktlarından sonra aktuallaşıb. Hökumət örtülü qadın paltarları altında gizlənən terrorçulardan ehtiyat edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyul 2024

06 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR