Onlayn ictimai-siyasi qəzet
Bakıda kişi sirkə turşusundan zəhərlənərək ölüb.
Musavat.com-un xəbərinə görə, hadisə gecəyarı saat 4 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbəsində baş verib.
49 yaşlı Yasim Gürzalı oğlu Quliyev yaşadığı evdə sirkə turşusundan zəhərlənib. Xəstəxanaya yerləşdirilən Y. Quliyev orada ölüb.
Araşdırma aparılır.
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ