İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı-Tiflis-Bakı qatarının hərəkət qrafiki açıqlandı

Bakı-Tiflis-Bakı marşrutu üzrə qatar Bakıdan mayın 25-dən etibarən hər gün saat 23:10-da, Tiflisdən isə mayın 26-dan etibarən hər gün 21:00-da yola düşəcək.

Musavat.com xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.

Bildirilib ki, səyahət müddəti sərhəd-gömrük baxışları daxil olmaqla təxminən 9 saat 30 dəqiqə davam edir.

Qatar Bakı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa, Böyük Kəsik, Qardabani və Tiflis stansiyalarında dayanacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR