İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı metrosunda qatar tüstüləndi - FOTO

“Neftçilər” metrostansiyasında qatar tüstüləyib.

Musavat.com-un xəbərinə görə, “İçərişəhər” istiqamətində hərəkət edən qatar “Neftçilər” stansiyasında tüstülənmə səbəbindən dayanmayıb və geri qayıdıb.

Tüstülənmənin başvermə səbəbi hələlik məlum deyil.

“Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Musavat.com-a bildirib ki, qatarların geri qayıtması hər gün baş verən adi bir prosesdir:

“Hər gün qatarları “Neftçilər” stansiyasının dalanından geri qaytarırıq. Məsələn, səhər saatlarında həmin qatar “Koroğlu” stansiyasına qədər boş gəlir. Gün ərzində bu cür əməliyyatlar 6–7 dəfə həyata keçirilir. Orada qeyri-adi heç nə yoxdur”,- deyə o qeyd edib.

B. Məmmədov qatarın tüstüləməsi ilə bağlı suallara da aydınlıq gətirib:

“Metroda kəskin iy hiss olunanda havalandırma qurğusunu işə salırlar və qoxu bir neçə dəqiqə ərzində yox olur. Bu, yalnız həmin qoxunun müşahidə olunması ilə bağlıdır”,- deyə o bildirib.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

03 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR