İnsanlara hürriyət, millətlərə istiqlal!

Bağdadda həyəcan: İran dronu ABŞ-ın "Viktoriya" hərbi bazasını vurdu-VİDEO

İraqın paytaxtı Bağdadın beynəlxalq hava limanı yaxınlığında yerləşən ABŞ-ın "Viktoriya" hərbi bazası pilotsuz uçuş aparatının hücumuna məruz qalıb.

Musavat.com xəbər verir ki, yerli media orqanları zərbənin birbaşa hərbi obyektin strateji nöqtələrinə endirildiyini bildirir.

Məlumata görə, kamikadze dronu bazanın hava hücumundan müdafiə sistemlərini aşaraq əraziyə düşüb. Hadisə şahidləri aeroport yaxınlığında güclü partlayış səslərinin eşidildiyini və ərazidən tüstü yüksəldiyini qeyd ediblər. İlkin xəbərlərdə hücumun İrana məxsus və ya İranın dəstəklədiyi qruplaşmalar tərəfindən idarə olunan PUA vasitəsilə həyata keçirildiyi vurğulanır.

Hazırda bazada dəyən ziyanın miqyası və tələfat barədə rəsmi məlumat yoxdur. ABŞ hərbi rəsmiləri hadisə ilə bağlı araşdırmalara başlayıblar. Qeyd edək ki, bu hücum İran və ABŞ arasındakı gərginliyin digər regional ölkələrə, xüsusən də İraqa sıçradığının növbəti göstəricisidir.



Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR