İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı gəmi kapitanı iş başında vəfat etdi- FOTO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) tərkibindəki Xəzər Dəniz Neft Donanmasının gəmi kapitanı Zaur Mustafayev xarici ölkə sularında olarkən vəfat edib.

Kapitanın gəmidə insult keçirərək öldüyü bildirilir.

Hazırda onun nəşinin ölkəyə gətirilməsi istiqamətində iş aparılır.

Qeyd edək ki, Z.Mustafayev 1976-cı ildə Biləsuvar rayon Ağalıkənd kəndində doğulub. O, 1999-cu ildən Xəzər Dəniz Neft Donanmasında işləyib və donanmanın təcrübəli kapitanlarından hesab olunurdu./Qafqazinfo.az/

azerbaycanli-gemi-kapitani-is-basinda-vefat-etdi

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR