Onlayn ictimai-siyasi qəzet
Bu gün Cəlilabad rayonunda qətl törədilib.
Rayon sakini 1990-cı il təvəllüdlü Vüsal Cəfərov kəsilmiş deyilmiş xəsarətlərlə xəstəxanaya çatdırılsa da vəfat edib.
Onun yaxınları 35 yaşlı şəxsin özünün özünə xəsarət yetirdiyini bildiriblər.
Lakin polisin keçirdiyi tədbirlərlə V.Cəfərova həyat yoldaşı 32 yaşlı Kəsirə Cəfərovanın bıçaqla xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Qadın şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar aparılır.|Qafqazinfo
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ