Onlayn ictimai-siyasi qəzet
Türkiyədə keçirilən “EFES - 2026” çoxmillətli təlimi çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri general-leytenant Azər Əliyevlə Ege Ordusu və Qarnizon komandanı ordu generalı İrfan Özsert arasında görüş keçirilib.
Musavat.com xəbər verir ki, görüşdə ölkələrimizin iştirakı ilə keçirilən beynəlxalq təlimlərin ordularımızın döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasına mühüm töhfələr verdiyi xüsusi vurğulanıb.
Qeyd olunub ki, bu cür tədbirlər hərbi qulluqçularımızın bilik və bacarıqlarının artırılmasında, təcrübə mübadiləsinin genişləndirilməsində, eləcə də hərbi sahədə əməkdaşlığın möhkəmləndirilməsində böyük əhəmiyyətə malikdir.
Tərəflər, həmçinin hərbi və hərbi-texniki sahələrdə həyata keçirilən birgə fəaliyyətlər, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparıblar.


15 Sentyabr 2026
02:27 Ordumuzun 2022-ci ildəki zərbəsi İrəvanda unudulmur – Parlament sədrindən Rusiyaya ağır sözlər
14 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ