İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın komandasından TƏCİLİ MÜZAKİRƏ: Rusiya ordusu İrəvandan gedir?

Ermənistanda Rusiya hərbi bazasının saxlanması ölkəyə kifayət qədər baha başa gəlir.

Musavat.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə keçirilən brifinqdə Ermənistan Parlamenti sədrinin müavini, "Mülki müqavilə" partiyasının deputatı Vaaqn Aleksanyan bəyan edib.

O qeyd edib ki, İrəvan Moskva ilə hər iki ssenarini - bazanın ölkə ərazisində qalmasını da, oradan çıxarılmasını da müzakirə etməyə hazırdır.

Aleksanyan həmkarlarının bazanın saxlanma xərcləri barədə daha əvvəl səsləndirdiyi fikirləri dəstəklədiyini diqqətə çatdırıb.

“Razıyam ki, bu bazanın saxlanması kifayət qədər böyük vəsait tələb edir. Bəzilərinizin bildiyi kimi, "Ermənistan Elektrik Şəbəkələri" də orada istifadə olunan elektrik enerjisinə görə əlavə pul ödəyib. Bütün bu xərcləri nəzərə aldıqda bazanı saxlamaq xüsusilə baha başa gəlir”, - deyə vitse-spiker vurğulayıb.

Bazanın çıxarılmasının Türkiyənin “əl-qolunu açacağı” ilə bağlı iddialara münasibət bildirən V. Aleksanyan 2022-ci ildə baş verən hadisələr zamanı Rusiya bazası tərəfindən hər hansı müdaxilə görmədiklərini xatırladıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR