İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə ilə iqtisadi əməkdaşlığın həcmi açıqlandı

“Hazırda yeni perspektivlər vəd edən layihələr var. Türkiyə ilə koordinasiyalı şəkildə işlər həyata keçirilir”.

Musavat.com xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla mətbuat konfransında bildirib.

Nazir xüsusilə alternativ enerji layihələrinə diqqət çəkib:

“Yaşıl enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Hesab edirik ki, nəinki Türkiyə bazarı, Türkiyə vasitəsilə Avropa bazarlarına da alternativ enerji çatdırıla bilər. Bakı-Tbilisi-Qars layihəsində genişləndirmə işləri tamamlanıb. O cümlədən Orta Dəhlizin Avropa və Asiyanı birləşdirən layihə kimi əhəmiyyəti qeyd edilib”.

Ceyhun Bayramov bildirib ki, Azərbaycan-Türkiyə arasında iqtisadi sahədə əməkdaşlığın həcmi 5,7 milyard ABŞ dollarına çatıb, 2026-cı ilin ilk 8 ayında isə bu göstərici 3,2 milyard dollar təşkil edib.

Nigar Həsənli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR