İnsanlara hürriyət, millətlərə istiqlal!

Aydın Hüseynovla Tural Abbaslının SÖZ DUELİ - Sevinc Telmanqızının CANLI DEBAT verilişi

ABŞ Prezidenti Donald Tramp İranın ali rəhbərliyi ilə birbaşa təmaslarının olduğunu açıqlayıb və Tehrana açıq mesaj göndərdiyini bildirib.

Musavat.com xəbər verir ki, Tramp jurnalistlərin suallarını cavablandırarkən deyib ki, İran tərəfinə iki əsas şərt çatdırılıb: nüvə silahından tam imtina və ölkədə etiraz edənlərin edamlarının dərhal dayandırılması.

ABŞ prezidenti vurğulayıb ki, İran hakimiyyəti etirazçıları “minlərlə” öldürür və bu, beynəlxalq ictimaiyyət üçün qəbuledilməzdir. Trampın sözlərinə görə, o, cəmi iki həftə əvvəl 837 nəfərin edamının qarşısını alıb və bunu misilsiz addım kimi dəyərləndirib.

Müzakirədə həmçinin ölkənin daxili problemlər barədə də danışacağıq. Ölkə insanının dolanışığı, bahalaşma və digər məsələlər də debatda müzakirə olunacaq.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonaqlarımız YAP-çı deputat Aydın Hüseynov və Ağ Partiyanın sədri Tural Abbaslıdır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR