İnsanlara hürriyət, millətlərə istiqlal!

Avtomobillər sürətlə bahalaşdı- yeni maşınlar 16%, ikinci əl 13%...

Rusiyada avtomobil bazarında qiymətlər bir il ərzində kəskin artıb.

Musavat.com noyabr ayının yekunlarına əsasən, ölkədə yeni minik avtomobillərinin orta çəkili qiyməti 16% bahalaşaraq 3,54 milyon rubla (təxminən 66 min manat) çatıb.

Artım təkcə yeni avtomobillərlə məhdudlaşmır. İkinci əl avtomobillərin orta qiyməti də illik müqayisədə 13% artaraq 1,3 milyon rubla (təxminən 24 min manat) yüksəlib.

Mütəxəssislər bahalaşmanı bir neçə amillə izah edir:
• valyuta məzənnəsinin dəyişməsi;
• Çin markalarının bazarda dominantlıq qazanması;
• istehsal və logistika xərclərinin artması;
• idxal olunan avtomobillərin azlığı.

Bundan əvvəl məlumat verilmişdi ki, Rusiyada taksi şirkətlərinin 60%-dən çoxu gələn il qüvvəyə minəcək 1 mart lokalizasiya tələbləri səbəbindən avtomobil parkını yeniləməyi planlaşdırmır. Bu isə bazarda həm tələbi, həm də qiymətləri əlavə olaraq formalaşdıran amillərdən biridir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR