İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropadan Azərbaycana açıq dəstək – iki ölkədən diqqətçəkən açıqlama

Azərbaycanın Müstəqillik Günü münasibətilə Almaniya və Monteneqrodan Bakıya diqqətçəkən mesajlar verilib.

Musavat.com xəbər verir ki, hər iki ölkənin Xarici İşlər nazirlikləri sosial şəbəkə hesablarında Azərbaycanı təbrik edib və əməkdaşlığın gücləndirilməsinə sadiq olduqlarını bəyan ediblər.

Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Niklas Vaqner konstruktiv tərəfdaşlığın əhəmiyyətini vurğulayaraq, regional sülh və əməkdaşlığın vacibliyini qeyd edib.

Monteneqro Xarici İşlər Nazirliyi isə Azərbaycanla həm ikitərəfli, həm də beynəlxalq platformalarda münasibətlərin inkişafında maraqlı olduqlarını bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR