Onlayn ictimai-siyasi qəzet
"Qarabağ" Avropa Liqası ilə vidalaşdı: Növbəti rəqib "Dinamo" olacaq
UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində "Qarabağ" Bolqarıstanın ÇSKA (Sofiya) komandasının qonağı olub.
Musavat.com xəbər verir ki, "Vasil Levski" stadionunda təşkil olunan cavab qarşılaşmasının 90 dəqiqəsi qolsuz bərabərliklə yekunlaşıb — 0:0.
Bakıdakı ilk matçda da hesab açılmadığı üçün qalibi müəyyənləşdirmək məqsədilə əlavə 30 dəqiqə oynanılıb. Lakin əlavə vaxtda da qapılara yol tapılmayıb və cütün taleyi 11 metrlik cərimə zərbələri ilə bəlli olub.
Penaltilər seriyasında daha dəqiq davranan meydan sahibləri 5:4 hesabı ilə üstün gələrək Avropa Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanıblar.
Penaltilər seriyası:
ÇSKA Sofiya: ✅ ✅ ✅ ✅ ✅
"Qarabağ": ✅ ❌ ✅ ✅ ✅
Bu nəticə ilə Avropa Liqasında çıxışını başa vuran Ağdam təmsilçisi avrokuboklardakı mübarizəsini UEFA Konfrans Liqasında sürdürəcək. "Qarabağ" III təsnifat mərhələsində Ukraynanın "Dinamo" (Kiyev) komandası ilə üz-üzə gələcək.
Xatırladaq ki, Konfrans Liqasının III təsnifat raundunun qarşılaşmaları avqustun 6-da və 13-də keçiriləcək.
@@/TVmusavat/151983@@
***
"Qarabağ" penaltilər seriyasında məğlub oldu
UEFA Avropa Liqasında keçirilən CSKA Sofiya - "Qarabağ" qarşılaşmasında qalib penalti seriyasında bəlli olub.
Musavat.com xəbər verir ki, əsas vaxtı qolsuz bərabərliklə (0:0) başa çatan matçda zərbələri daha dəqiq yerinə yetirən meydan sahibləri 5:4 hesabı ilə üstün gəliblər.
***
CSKA Sofiya - "Qarabağ" matçında əsas vaxt bitdi: Qalibi penaltilər müəyyənləşdirəcək
UEFA Avropa Liqasında keçirilən CSKA Sofiya - "Qarabağ" qarşılaşmasının əsas vaxtı başa çatıb.
Musavat.com xəbər verir ki, gərgin keçən görüşün əsas vaxtında qapılara qol vurulmayıb — 0:0.
Cütün qalibini müəyyənləşdirmək üçün penalti seriyası oynanılacaq.
***
UEFA Avropa Liqasında keçirilən CSKA Sofiya - "Qarabağ" qarşılaşmasında ilk yarımtaym başa çatıb.
Musavat.com xəbər verir ki, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar — 0:0.
İlk hissənin statistik göstəriciləri aşağıdakı kimidir:
Topa sahib olma: 50% — 50%
Ümumi zərbələr: 7 — 4
Qapıya dəqiq zərbələr: 1 — 2
Künc zərbələri: 2 — 5
Qayda pozuntuları: 9 — 4
Sarı vərəqələr: 1 — 0
Qırmızı vərəqələr: 0 — 0
22:12***
UEFA Avropa Liqasının matçında Azərbaycan çempionu "Qarabağ" səfərdə ÇSKA-nın qonağıdır.
Musavat.com xəbər verir ki, görüş artıq start götürüb.
Hazırda qarşılaşmada hesab açılmayıb
04 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ