İnsanlara hürriyət, millətlərə istiqlal!

"Atasının adı ilə adam olub ortaya çıxan qızı əxlaqdan danışır, amma..." - Şəbnəm Tapdığa ŞOK SÖZLƏR

Mərhum şair İlyas Tapdıq və həyat yoldaşının Badamdar qəbiristanlığındakı məzarının şəkilləri yayılıb.

Görüntülərdən şairin və həyat yoldaşının məzarının baxımsız vəziyyətdə olduğu diqqət çəkir.

Qeyd edək ki, fotoşəkilləri keçmiş deputat Etibar Hüseynov ictimailəşdirib. O, İlyas Tapdıqın qızı, Əməkdar artist, tanınmış müğənni Şəbnəm Tapdığı buna görə qınayıb.

"Şair İlyas Tapdıq və həyat yoldaşının baxımsız məzarı. Şairin adı ilə adam olub ortaya çıxan qızı da bütün günü efirlərdə kəkələyə-kəkələyə əxlaqdan-tərbiyədən danışır", - deyə E.Hüseynov bildirib.

Xatırladaq ki, İlyas Tapdıq 25 dekabr 2016-cı ildə Bakıdakı evində vəfat edib. Onu Badamdar qəbirstanlığında, həyat yoldaşının yanında torpağa tapşırıblar./Modern.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR