İnsanlara hürriyət, millətlərə istiqlal!

Dağıstanda TERROR - Küçədə silahlı insanlar gəzir, atışma səsləri eşidilir

Xəbər verdiyimiz kimi, Dağıstanın (Rusiya Federasiyası) Dərbənd və Mahaçqala şəhərlərində baş verən terror aktları nəticəsində 23 nəfər xəsarət alıb, 5 polis əməkdaşı öldürülüb.

Musavat.com "Mash" telegram kanalına istinadən xəbər verir ki, hazırda Mahaçqalanın Kirov rayonundakı pravoslav kilsəsində 40 nəfər girov saxlanılır.

Qeyd olunub ki, küçədə silahlı insanlar gəzir, atışma səsləri eşidilir.

Məlumata görə, Rusiya Qvardiyası Dərbənddə hücuma hazırlaşır.

Silahlılar evlərin birində mühasirəyə alınıb, atəş səsləri eşidilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR