İnsanlara hürriyət, millətlərə istiqlal!

“Parlamentdə Avropa İttifaqının bayrağını öpürlər”

Erməni siyasətçiləri Aİ-yə üzvlüklə bağlı müzakirələrə gülürlər: “Alçaldılmış, məğlub olmuş və borc içində çabalayan Ermənistan özünü aldadır” 

“Avropa İttifaqı Ermənistanı gözləmir. Qərb Ermənistanla onun üçün lazımdır ki, hökumətdən anti-Rusiya fəaliyyətləri üçün istifadə edə bilsinlər”.

Bunu “Sputnik Ermənistan”a müsahibəsində parlamentin keçmiş vitse-spikeri, Ermənistan Respublikaçılar Partiyasının nümayəndəsi Eduard Şarmazanov deyib. “100 gündən sonra hansı referendumdan danışırıq, bəs Brüssel rəsmilərindən biri Ermənistanın Avropa Birliyinə üzv olması ilə bağlı riskləri önləməyə söz veribmi?” deyə, sual edib.   

sah.jpg (20 KB)

Onun fikrincə, Qərb Gürcüstanda həyata keçirə bilmədiklərini indi Ermənistanda reallaşdırmağa çalışır, ölkəni Rusiyaya qarşı sınaq meydanına çevirirlər.

“Ermənistandan  cəmi 1 kvadratkilometr, cəmi bir milyon adam qalsa belə, onların vecinə deyil” deyə, siyasətçi əminliklə vurğulayıb. O, Ukraynanın başına gələnləri xatırladıb, deyib ki, bir vaxtlar Avropanın ən böyük dövləti indi parçalanıb. Şarmazanov bildirib ki, 2018-ci ildə “məxməri inqilab”ın məqsədi Ermənistanı Rusiya ilə olan ittifaqlardan çıxarmaq və Qərbə doğru xarici siyasət kursun götürmək olub. Şarmazanov parlamentdə Aİ bayrağının asılmasından qəzəblənib. “Ermənistanın bayrağı istisna olmaqla, parlamentdə Aİ bayrağının qoyulması Ermənistanın suverenliyinə və müstəqilliyinə birbaşa zərbədir” deyə, o bildirib. 

Parlamentin keçmiş vitse-spikerinin fikrincə, sentyabrın 21-də Aİ-yə üzvlük məsələsi ilə bağlı referendumun keçirilməsi Ermənistanın müstəqilliyinə formal olaraq son qoyacaq:

“Niyə onlar Rusiya ilə münasibətlərin yaxınlaşmasından danışanda bu, “Rusiyaya xidmət” hesab olunur.  Parlamentdə isə Aİ-dən danışanda, az qala Avropa İttifaqının bayrağını öpürlər” – siyasətçi ironiya edib.  

Siyasətçi əmindir ki, Ermənistanın gələcəyi iqtisadi, siyasi və hərbi sahədə Moskva və Tehranla müttəfiqliyin möhkəmlənməsidən keçir.  Şarmazanov vurğulayıb ki, indiki hakimiyyətin addımlarının islahatlara və ya demokratiyaya heç bir aidiyyəti yoxdur.

“Mən özümü parlamentdə “Ermənistanın Aİ-yə üzvlük ərizəsi ilə bağlı referendum keçirilməsi təklifi” mövzusunda keçirilən dinləmələrə qulaq asmağa məcbur etdim. Dinləmə iştirakçılarının çıxışlarından aydın oldu ki, bu adamlar Avropa İttifaqının və onun üzvü olan dövlətlərin real siyasətləri haqqında elementar anlayışa malik deyillər”.

Bunu isə Ermənistanın müdafiə nazirinin sabiq müavini Artak Zakaryan deyib. Zakaryan hesab edir ki, Aİ-yə üzvlük üçün müraciət etmək, yumşaq desək, bugünkü alçaldılmış, məğlub olmuş və borc içində çabalayan  Ermənistanın özünü aldatmasıdır. 

Musavat.com  

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR