İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayramovla Kobaxidze arasında mühüm müzakirə - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində Baş nazir İrakli Kobaxidze ilə görüşüb.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X" səhifəsində paylaşım edib.

Bildirilib ki, tərəflər iki ölkə arasında siyasi, iqtisadi, nəqliyyat, enerji və bir çox strateji əhəmiyyətli sahələrdə əməkdaşlığın daha da genişləndirilməsini müzakirə ediblər.

Həmçinin, Azərbaycanın COP29-a sədrliyi çərçivəsində tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR