İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ nəşrindən SENSASİON məqalə - Rusiya Estoniya və ya Latviyaya hücum edə bilər

"Kiyevi ələ keçirmək Putini qane edəcək yeganə variantdır."

Musavat.com xəbər verir ki, bu barədə "Foreign Affairs"in analitik məqaləsində qeyd edilib.

Bildirilib ki, Rusiya Ukraynadan sonra NATO üzvü olan Estoniya və ya Latviyaya hücum edə bilər.

Nəşr bildirir ki, əgər Rusiya Ukraynanın paytaxtını ələ keçirmək üçün ikinci kampaniyaya başlasa, o zaman çox güman ki, 2022-ci ilin qışında olduğu kimi Belarus ərazisindən hücum edəcək. 

photo_2024-06-29_21-21-09.jpg (157 KB)

Məqalədə qeyd edilib ki, Rusiya elitasının fikrincə, ukraynalılar artıq yorulublar və onların artıq heç müdafiə olunmağa da qüvvəsi qalmayıb.

"Rusiya oliqarxları nüvə münaqişəsindən qorxmur. Çünki onlar NATO-nun cavab verməyə cəsarət etməyəcəyinə inanırlar. Onların fikrincə, NATO o qədər çaxnaşma və xaos içində olacaq ki, o, çox şey edə bilməyəcək. Belə bir təxribat ola bilər. ABŞ-da prezident seçkiləri ərəfəsində Rusiya üçün xüsusilə faydalıdır." , - deyə məqalədə bildirilib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2024

01 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR