İnsanlara hürriyət, millətlərə istiqlal!

"Air France" Paris Olimpiadası ilə bağlı itkilərin miqdarını AÇIQLADI

"Air France" aviaşirkəti bildirib ki, olimpiada fonunda sərnişinlərin Parisə uçmaq istəməməsi səbəbindən yay mövsümü üçün itkiləri 160 milyon avro təşkil edib.

"Air France" və "Transavia France" 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunları ilə əlaqədar yay mövsümü üçün gözləntiləri puç olub. Fransa paytaxtına və oradan gələn nəqliyyat gözləniləndən və Avropanın digər böyük şəhərlərinə nisbətən aşağıdır", - deyə aviaşirkətdən bildiriblər.

"Air France" indi 2024-cü ilin iyun-avqust ayları üçün 160-180 milyon avro arasında potensial gəlir itkisini təxmin edir.

Qeyd edək ki, Parisdə Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək. Olimpiya tədbirləri Paris, Paris ətrafı və Fransanın digər doqquz şəhərində keçiriləcək.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR