İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ukrayna ərazisindən qaz nəqlini davam etdirməyə hazırdır – Novak

Rusiya tərəfi 2024-cü ilin sonunda - mövcud tranzit sazişinin müddəti başa çatdıqdan sonra Ukrayna ərazisi ilə Avropaya qaz nəqlini davam etdirməyə hazırdır.

Musavat.com xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak Astanada jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, hazırda Ukrayna ərazisindən tranzitlə Avropaya gündə təxminən 42 milyon kubmetr Rusiya qazı nəql olunur. Bu, ildə təxminən 15 milyard kubmetr həcm deməkdir. Kiyev dəfələrlə bildirib ki, onlar “Qazprom”la müqavilənin uzadılması ilə bağlı danışıqlara başlamayacaqlar.

Eyni zamanda bu gün açıqlama verən Prezident Vladimir Zelenski bildirib ki, Ukrayna Rusiyadankənar ölkələrin qazının öz ərazisindən nəqlində maraqlıdır, bunun üçün danışıqlar aparılır. Belə ölkələr arasında ilk adı çəkilən isə Azərbaycandır. Avropa İttifaqının Azərbaycan qazını Rusiya və Ukrayna ərazisindən nəqlində maraqlı olduğu bildirilir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR