İnsanlara hürriyət, millətlərə istiqlal!

Stella Assanc Culian ilə yeni fotosunu paylaşıb

Bu gün “Wikileaks” portalının təsisçisi Culian Assancın doğum günüdür.

Musavat.com xəbər verir ki, Stella Assanc həyat yoldaşının doğum günündə özlərinin yeni fotosunu “X” sosial media şəbəkəsində paylaşıb. O, fotoya “Azad”( Free) açıqlamasını yazıb.

Fotoda cütlüyün meşəlik ərazidə olduğu görünür.

Qeyd edək ki, Culian Assanc ABŞ hökuməti ilə razılığa gələrək Amerika hərbi sirlərini ictimailəşdirmə maddəsi üzrə təqsirli olduğunu etiraf edib. Onu azadlığa çıxaran məhkəmə prosesi ABŞ-ın Qərbi Sakit okeanda federal torpağı sayılan Saypan adasında keçirilib. Culian Assancın göyərtəsində olduğu təyyarə iyunun 26-da vətəni Avstraliyaya çatıb və o, ailəsi ilə qovuşub. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR