İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Ukraynaya raket alınmasına 2,2 milyard dollar ayırdı

Vaşinqton administrasiyası Ukraynanın istifadə etdiyi “Patriot” və NASAMS hava hücumundan müdafiə sistemləri üçün raketlərin alınmasına 2,2 milyard dollar ayırıb.

Musavat.com xəbər verir ki, bu barədə Pentaqon açıqlama yayıb.

Açıqlamada qeyd edilir ki, ABŞ Müdafiə Nazirliyi “Ukrayna Təhlükəsizliyə Yardım Təşəbbüsündən (USAI) 2,2 milyard dollar” ayırır: “Bu vəsait Ukraynaya “Patriot” və “NASAMS” hava hücumundan müdafiə sistemləri üçün ələ keçirən raketlərin alınmasına sərf olunacaq”.

Bundan əvvəl administrasiya Pentaqonun anbarlarından Kiyevə 150 milyon dollar dəyərində silah ötürüldüyünü də açıqlamışdı.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR