İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski: "Tramp müharibənin sonlandırılması ilə bağlı planını təqdim etməlidir"

"ABŞ prezidentliyinə qayıtmaq istəyən Donald Tramp indi müharibəni bitirmək planını açıqlamalıdır".

Bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

"Əgər Tramp bu müharibəni necə bitirəcəyini bilirsə, bu gün bizə deməlidir", - o, ABŞ telekanalına verdiyi müsahibə zamanı bildirib.

Zelenski bununla bağlı yerli mediada da danışıb.

"Ukraynanın müstəqilliyi üçün risklər varsa, dövlətçiliyimizi itirəcəyiksə, buna hazır olmaq istəyirik", - Ukrayna mediası Zelenskidən sitat gətirib.

Xatırladaq ki, ABŞ-nin keçmiş prezidenti və hazırda prezidentliyə namizəd olan Donald Tramp dəfələrlə bəyan edib ki, o, Rusiyanın Ukraynaya qarşı müharibəsini tez bir zamanda dayandıra bilər.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR