İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya müsəlman qadınlarla bağlı qadağanın təcili qəbuluna tələsir

İstintaq Komitəsinin rəhbəri: “Təcili olaraq bütün bunları qadağan etməliyik”

Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Rusiyada niqabla bağlı qadağa tətbiqini dəstəkləyib. O, bu barədə Sankt-Peterburqda keçirilən Beynəlxalq Gənclər Hüquq Forumunun sessiyasında bildirib.

Musavat.com xəbər verir ki, sessiya dinləyicilərindən biri deyib ki, qadınların üzünü örtən geyim elementlərinin geyinilməsinə qadağa Mərkəzi Asiya ölkələrinin, xüsusən də Özbəkistanın hakimiyyət orqanları tərəfindən qoyulub. İndi “orada niqab taxa bilməyənlər bura köçüb Rusiyada taxırlar” deyib. Bastrıkin dinləyiciyə Dövlət Dumasına müraciət etməyi tövsiyə edib. “Dövlət Dumasının vəzifəsi sizin danışdığınız şeyi qadağan edən qanun qəbul etməkdir. Orada [müsəlman ölkələrində] qadağandır, amma burada icazə verilir. Niyə? Bilmirəm, mən qanunverici deyiləm. Amma mən sizinlə razıyam, təcili olaraq bütün bunları qadağan etməliyik”, – Bastrıkin cavab verdi.

WhatsApp Image 2024-06-30 at 09.20.13.jpeg (118 KB)

O əlavə edib ki, “islamçılar və terrorçular” Dağıstanda terror aktı törədiblər, Bu sözlər isə Çeçenistan rəhbəri Ramzan Kadırovun etirazına səbəb olub. Onun sözlərinə görə, Bastrıkin səviyyəsində olan məmurlar “özlərinə belə bəyanatlar verməyə icazə versələr, bu, ölkədəki ictimai-siyasi vəziyyət üçün son dərəcə pis nəticələnə bilər”. Maraqlıdır ki, Çeçenistan rəhbəri Bastrıkinin niqab qadağası haqda bəhs etməyib.

Yada salaq ki, Musavat. com bir neçə gün əvvəl Rusiyada ictimai yerlərdə müsəlman qadınların niqab və üzü gizlədən paltarların geyinilməsinin qadağan edilməsi barədə müzakirələrdən yazmışdı. Belə bir qanun layihəsi ilə Dövlət Dumasının Kommunist Partiyasından olan deputatı Mixail Matveyev çıxış edib. Matveyev izah edib ki, bu təşəbbüs dindən deyil, terror təhlükələri və şəxsiyyətin müəyyən edilməsi ilə bağlı yüksək risklər fonunda narahatlıqlarla bağlıdır. Onun fikrincə, ictimai yerlərdə üzü gizlədən geyimlər məhdudlaşdırmaq lazımdır, çünki üzü örtülü olan şəxsi müşahidə kamerası ilə müəyyən etmək mümkün deyil.

Matveyevin niqab qadağası təşəbbüsünü Rusiya Federasiyası Prezidenti yanında İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyev dəstəkləyib. O xatırladıb ki, oxşar qadağalar müsəlmanların çoxluq təşkil etdiyi bir sıra Mərkəzi Asiya ölkələrində artıq tətbiq edilib.

niqab.jpg (147 KB)

Moskva müftisi və Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədr müavini İldar Alyautdinov niqab taxmağın ekstremizmin artması ilə əlaqəsi sübuta yetirilərsə, qadağa təklifini dəstəkləyəcəyini bildirib.

Moskva müftisi deyib ki, niqabın qadağan edilməsi cəhdləri “dünyəvi qanunun və Rusiya Konstitusiyanın açıq şəkildə pozulması aktı kimi görünəcək”. Üstəlik, onun fikrincə, belə bir qadağa, şübhəsiz ki, Rusiya müsəlmanlarının hiddətinə səbəb olacaq və cəmiyyətdə əlavə gərginlik mənbələri yaradacaq.

Tatarıstanın müftisi Kamil Samiqullin də öz növbəsində Rusiyada niqab taxmağın qadağan edilməsinə qarşı çıxıb.
Volqoqrad vilayətinin müftisi isə əksinə, niqabın qadağan edilməsi təklifini dəstəkləyib. Çeçenistanın müftisi Salah Mejiyev “qadın əvvəlcə sadəcə niqab taxır, gələcəkdə isə ona partlayıcı olan kəmər əlavə olunur” deyib.

Dövlət Dumasının deputatları məsələnin həssaslığını nəzərə alaraq, onun bağlı qapılar arxasında müzakirəsini təklif ediblər. Vətəndaş Cəmiyyətinin İnkişafı Komitəsinin rəhbəri Olqa Timofeyeva bildirib ki, bu mövzu mediadan əvvəl İslam cameəsini nümayəndələri və yerli hakimiyyət orqanları ilə müzakirə olunmalıdır.

a9e51f969f5bf5f22a5482cd323b2e2a.jpg (414 KB)

Dövlət Dumasının Əmək və Sosial Siyasət Komitəsinin rəhbəri Yaroslav Nilov da hesab edir ki, bu müzakirələr qapalı platformada aparılmalıdır.

Hüquq müdafiəçisi Aslan Əmirov isə “Əl Cəzirə”yə deyib ki, bu incə məsələdə tələskənlik olmaz. Onun sözlərinə görə, ölkədəki ümumi vəziyyəti nəzərə almaq və Rusiya cəmiyyətinin birliyinə təsir edə biləcək mövzuları gündəmə gətirməmək vacibdir.

Bu yaxınlarda keçirilən “Rusiya - İslam Dünyası: KazanForum 2024” Beynəlxalq İqtisadi Forumunda qonaqlar arasında niqablı qadınlar da olub. Onun sözlərinə görə, Belçika, Hollandiya, Fransa, İsveçrə kimi niqab taxmağı qadağan edən Avropa ölkələrinin təcrübəsinə istinad etmək yanlış yanaşmadır. “Axı Rusiya müsəlmanların 20%-dən çoxunun yuxarıda qeyd olunan ölkələrdə olduğu kimi mühacir deyil, yerli sakinlər olduğu bir ölkədir” deyə, o bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR