Onlayn ictimai-siyasi qəzet
Amerikalı tanınmış aktrisa və rejissor Ancelina Coli həyatında yeni mərhələyə başlamaq niyyətindədir. 50 yaşlı kino ulduzunun Hollivuddan köçməyə hazırlaşdığı bildirilir.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Coli Los-Ancelesdə yerləşən malikanəsini 25 milyon dollar qiymətinə satışa çıxarıb.
Məlumata əsasən, aktrisa bu evdə 2016-cı ildən etibarən yaşayırdı və məhz Bred Pittlə boşandıqdan sonra həmin mülkdə məskunlaşmışdı.
Aktrisaya yaxın mənbələr bildirirlər ki, Ancelina Coli gələcəkdə ABŞ-dən kənarda yaşamağı planlaşdırır. Onun Avropa ölkələrindən birinə köçmək ehtimalının daha yüksək olduğu qeyd olunur.

09 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ