İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya Leninqradın mühasirəsini soyqırım kimi tanımaqdan imtina edib

Almaniya Xarici İşlər Nazirliyi Rusiyanın notasına cavab olaraq Leninqradın nasist qoşunları tərəfindən blokadaya alınmasını soyqırım aktı kimi tanımaqdan imtina edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova mayın 23-də keçirdiyi brifinqdə deyib.

“Almaniya hakimiyyəti Böyük Vətən Müharibəsi illərində SSRİ-də 3-cü reyxin törətdiyi insanlığa qarşı cinayətləri SSRİ xalqlarının soyqırımı aktı kimi rəsmən tanımaqdan inadla imtina edir. Onlar ilk növbədə Leninqradın blokadasını tanımaqdan da imtina edirlər”, - diplomat vurğulayıb.

Zaxarova vurğulayıb ki, xarici siyasətin keçmişin dərslərinə görə günahkarlıq və məsuliyyət hissi ilə idarə olunduğunu müntəzəm olaraq bəyan edən Almaniya hökumətidir.

Xatırladaq ki, mart ayında Rusiya Almaniyadan Leninqradın mühasirəsini və 3=cü reyxin digər cinayətlərini soyqırım aktı kimi rəsmən tanımasını tələb edib. Rusiya səfirliyi Almaniya tərəfinə müvafiq nota göndərib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR