Onlayn ictimai-siyasi qəzet
Yenidən qurulan Ağdam şəhərinə bu ilin sonuna qədər 20 min nəfərdən yuxarı əhalinin köçürülməsi nəzərdə tutulub.
Bu barədə Musavat.com-un əldə etdiyi məlumatda deyilir. Ağdamlı keçmiş məcburi köçkünlərin verdiyi məlumata görə, artıq bir çox ailələrə sentyabarın ikinci yarısında köçürüləcəkləri deyilib.
Qeyd edək ki, yenidən inşa edilən Ağdam şəhəri çoxaylı yaşayış komplekslərindən ibarət çoxmərtəbəli binalardan ibarətdir.
2025-ci ilin dekabrında artıq Ağdamın 2-ci yaşayış kompleksində 60 bina və 1 268 mənzil hazır idi. Həmin kompleks 11 məhəllədən ibarətdir. O zamandan inşaat tam sürəti ilə davam etdilir və artıq əlavə yaşayış kompleksləri də hazır vəziyyətə gətirilib.
Ağdam şəhərinin təxminən 100 min sakini qəbul edəcək şəhər kimi layihələndirildiyi bildirilir. Köç mərhələli şəkildə davam etdiriləcək.
2026-cı ilin sonunadək Ağdam şəhərinə təxminən 20 min nəfərin köçürülməsi planlaşdırılır.
Ağdam şəhərinə əhalinin köçürləcəyi tarixinin-günün dəqiqləşdirilib-dəqiqləşdirilmədiyini öyrənmək üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzr Dövlət Komitəsinin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyevlə əlaqə saxladıq. İbrahim Mirzəyev bildirdi ki, onda dəqiq tarix barədə informasiya yoxdur.
Etibar Seyidağa,
Musavat.com
10 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ