Onlayn ictimai-siyasi qəzet
Donald Trampın administrasiyası Avropa müttəfiqlərindən hərbi hücumlar üçün İrandakı potensial hədəflər barədə kəşfiyyat məlumatlarını paylaşmalarını istəyib.
Musavat.com xəbər verir ki, məlumatı The Washington Post qəzeti iki Avropa rəsmisinə istinadən yayıb. Onların sözlərinə görə, Vaşinqton bu xahişi dünən edib: "Prezident Trampın nüvə obyektlərini hədəf alacağına dair heç bir əlamətimiz yoxdur. Onun etirazçıların qətlində məsul olan və iştirak edən təşkilatların və qüvvələrin rəhbərliyini təqib etməsi ehtimalı daha yüksəkdir."
Bu arada, administrasiyanın mövqeyi ilə tanış olan ABŞ rəsmisi nəşrə bildirib ki, Pentaqon İranın mümkün cavab zərbəsindən narahatdır. Venesuelaya qarşı əməliyyatdan bir neçə həftə əvvəl Yaxın Şərqdəki ABŞ Mərkəzi Komandanlığından təyyarələr, gəmilər və xüsusi əməliyyat qüvvələri çıxarılıb.
Hazırda ABŞ administrasiyasının "sadəcə olaraq qisas almaq riski olmadan tammiqyaslı kinetik zərbə endirmək üçün regionda resursları yoxdur. Venesueladakı əməliyyatı dəstəkləmək üçün Mərkəzi Komandanlıqdan resurslarımızın əksəriyyətini geri çəkməli olduq".
Qəzet ABŞ-ın hələ də seçim imkanlarının olduğunu qeyd edir. İran yaxınlığında uzun mənzilli raketlər ata bilən bir neçə esmines və ehtimal ki, sualtı qayıqlar yerləşir. Bundan əlavə, Vaşinqton ötən ilin iyun ayında İranın nüvə obyektlərinə zərbə endirmək üçün 36 saat fasiləsiz uçuşlar həyata keçirən ABŞ-ın kontinental hissəsində yerləşən B-2 gizli bombardmançı təyyarələrini yerləşdirə bilər.
Musavat.com
11 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ