Onlayn ictimai-siyasi qəzet
Xalq artisti Afaq Bəşirqızı uzun müddət sonra yenidən teatr səhnəsinə qayıdıb.
Aktrisa Akademik Musiqili Teatrda "Zal qızı Zalxa" tamaşasında oynayıb.
Uzun müddətdir səhhətindəki problemlə əlaqədar səhnədən uzaq qalan Bəşirqızı ötən gün tamaşaçılarla görüşüb. Aktrisa səhnəyə əsa ilə çıxıb.
Yazıçı-dramaturq Əli Əmirlinin “Yeddi məhbusə anası” pyesi əsasında ərsəyə gələn tamaşanın bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir.
Qeyd edək ki, Afaq Bəşirqızı bir müddət əvvəl onkoloji xəstəlikdən əziyyət çəkdiyini, ayaqlarında ciddi problem olduğunu açıqlamışdı. (Axşam.az)
04 Iyun 2026
03 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ