Onlayn ictimai-siyasi qəzet
ABŞ Hərbi Dəniz Qüvvələrinin açıq dənizdə Rusiya bayrağı altında üzən “Marinera” tankerinə müdaxiləsi Moskvanın sərt reaksiyasına səbəb olub.
Musavat.com xəbər verir ki, Rusiya Nəqliyyat Nazirliyi hadisə ilə bağlı rəsmi bəyanat yayıb.
Bəyanatda bildirilir ki, bu gün Moskva vaxtı ilə təxminən saat 15:00-da ABŞ Hərbi Dəniz Qüvvələrinin qüvvələri açıq dənizdə “Marinera” gəmisinə enib və bundan sonra tanker ilə əlaqə tamamilə kəsilib.
Rusiya tərəfi vurğulayır ki, “Marinera” gəmisi 24 dekabr tarixində Rusiya dövlət bayrağı altında üzmək üçün müvəqqəti icazə alıb və bu səbəbdən Rusiya yurisdiksiyasına daxildir.
Nazirliyin açıqlamasında ABŞ-ın bu addımı beynəlxalq dəniz hüququnun pozulması kimi qiymətləndirilir:
“Heç bir dövlətin digər dövlətlərin yurisdiksiyalarında qeydiyyatdan keçmiş gəmilərə qarşı güc tətbiq etmək hüququ yoxdur”.
Rəsmi Moskva hesab edir ki, açıq dənizdə həyata keçirilən bu cür əməliyyatlar təhlükəli presedent yaradır və qlobal dəniz təhlükəsizliyi üçün ciddi risklər doğurur. Hadisə ilə bağlı beynəlxalq platformalarda məsələ qaldırılacağı istisna edilmir.
Musavat.com
09 Iyun 2026
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ