İnsanlara hürriyət, millətlərə istiqlal!

Açılış mərasimində TƏSİRLİ ANLAR: Tatlısəs Ərdoğanı BELƏ QARŞILADI - VİDEO

Məşhur türkiyəli müğənni İbrahim Tatlısəs Aydında Şəhər Xəstəxanasının rəsmi açılış mərasimində prezident Rəcəb Tayyib Ərdoğanı gözləyərkən diqqət çəkib.

Musavat.com "Haberler.com" portalına istinadən xəbər verir ki, Tatlısəs mərasimə əlil arabasında qatılıb.

O, açılış mərasiminə qatılaraq Türkiyə prezidentini tək buraxmayıb.

Mərasim zamanı protokol zonasında əlil arabasında olan Tatlısəs Ərdoğanın gəlişini gözləyib. Sənətçinin səhhətindəki problemlərə baxmayaraq tədbirdə iştirakı tamaşaçılar və pərəstişkarları tərəfindən böyük sədaqət nümunəsi kimi qiymətləndirilib.

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR