Onlayn ictimai-siyasi qəzet
Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsində əməkdaşlıq haqqında Vaşinqton-Ər-Riyad müqaviləsi uranı 20 faizə qədər zənginləşdirmək imkanını özündə ehtiva edir.
Musavat.com xəbər verir ki, məlumatı The Wall Street Journal (WSJ) ABŞ Konqresinə baxılması üçün təqdim edilən sənədin mətninə istinadən yayıb. Bildirilir ki, müqavilə Səudiyyə Ərəbistanında uranın zənginləşdirilməsinə avtomatik olaraq icazə vermir, lakin zənginləşdirmə qurğusunun bir neçə il ərzində fəaliyyətə başlamasına imkan verən bir neçə addımı ehtiva edir. Sazişin şərtlərinə əsasən, Amerika və Səudiyyə rəsmiləri iki il ərzində uranın zənginləşdirilməsinin "iqtisadi mümkünlüyünü" öyrənəcək və nüvə silahının yayılma risklərindən qorunmaq üçün tədbirlər hazırlayacaqlar. Tərəflər zənginləşdirmənin zəruri olduğu qənaətinə gəlsələr, Amerika şirkətləri xarici təchizatçıları ilə əməkdaşlıq edərək uranı 5 faizə qədər zənginləşdirə bilən bir obyekt tikəcəklər. Qəzet yazır ki, bu rəqəm nəticədə 20 faizə yaxınlaşa bilər.
WSJ vurğulayır ki, saziş Səudiyyə Ərəbistanından İsrail ilə münasibətləri normallaşdırmağı və ya İbrahim Sazişlərinə qoşulmağı tələb etmir.
Musavat.com
03 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ