Onlayn ictimai-siyasi qəzet
Qrenlandiyanın baş naziri Yens-Frederik Nilsen Ağ Ev rəsmisinin həyat yoldaşı tərəfindən yerləşdirilən adanın ABŞ bayrağının rənglərindəki xəritəsinə sərt cavab verdi. Siyasətçi Facebook-da şəklin hörmətsizlik olduğunu bildirdi.
Daha əvvəl Ağ Evin aparat rəhbərinin müavini Stiven Millerin həyat yoldaşı Keti Miller X sosial şəbəkəsində Qrenlandiyanın xəritəsinin şəklini paylaşmışdı. Ada Amerika bayrağının rəngləri ilə rənglənmişdi. Keti "tezliklə" ifadəsini əlavə etmişdi.
"Əvvəlcə, tamamilə aydın şəkildə bildirim ki, panikaya və ya qeyri-müəyyənliyə heç bir səbəb yoxdur. Keti Millerin Qrenlandiyanın Amerika bayrağı ilə örtülmüş şəkli heç nəyi dəyişmir", - deyə Nilsen paylaşıma cavab verdi.
Baş nazirin sözlərinə görə, "ölkə satılmır və gələcəyimiz sosial media paylaşımları ilə müəyyən edilmir". O, həmçinin şəkli hörmətsizlik adlandırıb.
Baş nazir əlavə edib ki, ölkələr və xalqlar arasında münasibətlər Qrenlandiyalıların hüquqlarını nəzərə almayan simvolik təyinatlar üzərində deyil, beynəlxalq hüquq və hörmət üzərində qurulub.
Ağ Ev prezidenti Donald Tramp daha əvvəl Qrenlandiyanın ABŞ üçün "tamamilə vacib" olduğunu bildirib. Lakin bundan əvvəl Trampın Qrenlandiya üzrə xüsusi nümayəndəsi, eyni zamanda Luiziana qubernatoru Ceff Lendri ABŞ-ın adanı "fəth etmək" planının olmadığına əminlik verib.
Öz növbəsində, danimarkalı diplomat Jesper Müller Sorensen ABŞ-ı Danimarka Krallığının, xüsusən də Qrenlandiya adasının ərazi bütövlüyünə hörmət etməyə çağırdı.
Maduro hadisəsindən sonra ABŞ rəsmilərinin havaya girdiyi, bir çox ölkələri hədələyərək, özlərini gerçəkdən də dünya hegemonu kimi apardıqları hiss olunur.
Musavat.com
08 Iyun 2026
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ