Onlayn ictimai-siyasi qəzet
Ermənistanda hakimiyyətin ABŞ ilə münasibətləri dərinləşdirməsi və Qərbə inteqrasiya siyasəti ölkədə növbəti mübahisələrin mövzusuna çevrilib. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, revanşist baxışları ilə tanınan politoloq Alen Gevondyan Vaşinqtonun Ermənistanın daxili siyasətinə müdaxilə etdiyini deyib.

Onun sözlərinə görə, Paşinyan xarici tərəfdaşlar qarşısında müəyyən öhdəliklər götürüb və həmin proseslərin başa çatdırılması üçün ona dəstək verilir. Politoloq ABŞ dövlət katibi Marko Rubionun Ermənistana səfərinə də toxunaraq bildirib ki, bu səfər zamanı nadir torpaq metalları və TRIPP layihəsi ilə bağlı sənədlərin imzalanması təsadüfi deyil. O, iddia edir ki, seçkilərdən sonra hakimiyyət dəyişikliyi ehtimalı nəzərə alınaraq bəzi razılaşmaların tələsik rəsmiləşdirilməsinə çalışılıb.

Gevondyanın fikrincə, Vaşinqton Ermənistanı ilk növbədə strateji resurslar baxımından qiymətləndirir. Ekspert ABŞ-nin Ukrayna ilə bağlı siyasətini misal gətirərək oxşar ssenarinin Ermənistanda da həyata keçirilə biləcəyini irəli sürüb.
Erməni politoloq daha sonra diqqətçəkən iddia səsləndirib. Onun sözlərinə görə, baş nazir Nikol Paşinyan gələcəkdə Ermənistanda ABŞ hərbi kontingentinin yerləşdirilməsini istəyir. “Paşinyan ABŞ qoşunlarını Ermənistana gətirmək istəyir. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olduğu müddətdə bu mümkün deyil. Buna görə də KTMT-dən çıxış məsələsi gündəmdədir”, – deyə Gevondyan bildirib.
Musavat.com
05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ